İngiltərənin köklü hazır geyim markalarından olan "River Island" 200-dən çox mağazası və 5 min 500 işçisi ilə onlayn alış-verişin artan tələbi və yüksələn əməliyyat xərcləri səbəbilə bu həftə sonu 11 mağazasını daimi olaraq bağlama qərarı alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "River Island"ın bu qərarı İngiltərədə artan əməliyyat xərcləri və onlayn alış-verişə olan tələbin sürətlə artması ilə üzləşən pərakəndə sektoru üçün son nümunələrdən biridir.
Bağlanacaq 11 mağaza şirkətin əvvəlcədən açıqladığı 33 mağazanın bağlanması planının bir hissəsi olaraq seçilib.