Taylanddakı Khao Yai Milli Parkında kamp quran şəxs filin hücumu nəticəsində həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, parkda yerləşən kamp sahəsində səhər saat 05:30 radələrində gəzintiyə çıxan 69 yaşındakı turist çadırının yaxınlığında bir fillə qarşılaşıb.
Şahidlərin ifadələrinə görə, orman sərhədinin kənarında gəzən fil, kişini xotumu ilə tutaraq yerə çırpıb və üzərinə basaraq əzib.
Digər kampçılar təhlükəsizlik narahatlığı səbəbindən hadisəyə müdaxilə etməyiblər. Turist isə çadırından təxminən 20 metr uzaqlaşaraq hadisənin baş verdiyi yerdə həyatını itirib.