İranın paytaxtı Tehranda yerləşən Cənnətabad bazarında güclü yanğın olub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürənlər göndərilib, lakin hələ də yanğın tam söndürülməyib.
İlkin məlumatlara görə, yanğının 2000 kvadratmetrlik anbarda başladığı və qısa müddətdə bütün bazara yayıldığı deyilib.
Xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı ilkin səbəblər araşdırılır.