Braziliyanın şimal-şərqində zəvvarları daşıyan avtobus ağır qəzaya uğrayıb ən azı 15 nəfər ölüb və onlarla insan xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, avtobusda təxminən 60 sərnişin olub. İlkin məlumatlara görə, o yolda aşıb, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.
Ölənlər arasında beş kişi, yeddi qadın və üç uşaq var. Yaralılar yerli xəstəxanalara çatdırılıb.
Alaqoas ştatının hakimiyyəti üçgünlük matəm elan edib.