Nigeriyanın Katsina əyalətində silahlı dəstələr sülh razılaşmasını pozaraq silahlı hücum həyata keçiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində ilkin məlumatlara görə, 20 nəfər həyatını itirib. Çox sayda şəxsin yaralandığı açıqlanıb.
Faskari Yerli İdarəetmə Rayonunun rəhbəri Surajo Aliyu Daudawa açıqlamada silahlı dəstə üzvlərinin Katsina əyalətinə bağlı Faskari rayonunun Doma bölgəsində hücum etdiyini bildirib.
Hücum nəticəsində çox sayda ev və avtomobilin yandığı da bildirilib. Daudawa, "Doma əhalisi üçün bu, çox faciəli və pis bir vəziyyətdir, çünki son beş ay ərzində bu cür kədərli bir hadisəyə şahid olmamışdıq", - deyə əlavə edib.