Türkiyənin Dənizli ərazisində 3.7 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın açıqlamasına əsasən, zəlzələ Dənizlinin Sarayköy rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin 8.96 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.