İranda xəstəxana VURULDU

13:16 - 03 Mart 2026

İranda xəstəxana VURULDU

İranın qərbində yerləşən Həmədan şəhəri ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumlarının hədəfi olub.


Manset.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, birbaşa yaşayış məntəqələrini hədəf alan hücum nəticəsində ilkin məlumatlara əsasən ən azı 5 mülki şəxs həlak olub, 25 nəfər isə yaralanıb.

Hücumların mülki yaşayış ərazilərində ciddi dağıntılara səbəb olduğu və ölənlərin sayının arta biləcəyi bildirilib.

Yayımlanan fotolarda hücumlar nəticəsində Tehrandakı bir xəstəxananın da zərər gördüyü müşahidə edilib.

Bölgədəki yerli mənbələr dağıntıların aradan qaldırılması işlərinin davam etdiyini və yaralıların ətraf xəstəxanalara çatdırıldığını bildiriblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az