Türkiyənin Antalya şəhərində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kaş rayonu ərazisində 4.5 bal gücündə zəlzələ qeydə alınıb. AFAD-ın verdiyi məlumata görə, zəlzələ Türkiyə vaxtı ilə saat 08:35-də baş verib.
Zəlzələnin episentri yerin 12,5 kilometr dərinliyində yerləşib və ən yaxın yaşayış məntəqəsindən 145 kilometr məsafədə qeydə alınıb.