Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya səfər edəcək.
Manset.az Sky News-a istinadən xəbər verir ki, bunu krallığın müdafiə naziri Con Hili söyləyib.
"Sabah Prezident Zelenskini ölkəmizdə qarşılamaqdan şad olacağıq", - o, parlamentdə deyib.
Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq tezliklə Zelenski ilə görüşəcəyini bildirmişdi.