Makrondan Hörmüz Boğazı ilə bağlı CAVAB

15:57 - 18 Mart 2026

Makrondan Hörmüz Boğazı ilə bağlı CAVAB

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hörmüz Boğazının açılması ilə bağlı əməliyyatlara qəti şəkildə qatılmayacağını bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Makron ABŞ Prezidenti Donald Trampın Hörmüz Boğazının təhlükəsizliyini təmin etmək və İranla bağlı ortaq hərəkət etmək məqsədilə müttəfiqlərinə verdiyi hərbi koalisiya çağırısına mənfi cavab verib.


Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından əvvəl danışan Makron bölgədəki gərginliyin artması və ABŞ-nin əməliyyat tələblərinə dair ölkəsinin mövqeyini aydınlaşdırıb.


Makron Fransanın bölgədə müdafiə mövqeyində olduğunu və öncəliklərinin yalnız öz vətəndaşları ilə müttəfiqlərini qorumaq olduğunu vurğulayaraq, "Biz münaqişənin tərəfi deyilik və buna görə də Fransa, mövcud vəziyyətdə Hörmüz Boğazının açılması və ya azad edilməsi əməliyyatlarına qəti şəkildə qatılmayacaq" - ifadələrini istifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az