"NATO ilə bağlı çox məyusam" - Tramp

15:59 - 18 Mart 2026

\"NATO ilə bağlı çox məyusam\" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlara və Hörmüz Boğazının təhlükəsizliyinə dəstək verməyən NATO ölkələrini tənqid edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp NATO-nun bu mövqeyinin özündə böyük bir xəyal qırıqlığı yaratdığını bildirib.

İrlandiya Baş Naziri Miçel Martini Ağ Evdə qəbul edən ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə mətbuat nümayəndələrinə Yaxın Şərqdəki son hadisələri qiymətləndirib. Xüsusilə, Hörmüz Boğazının təhlükəsizliyi ilə bağlı Avropadan gözlədikləri hərbi dəstəyi ala bilmədiklərini bildirən Tramp NATO müttəfiqlərinin bu böhran zamanı uğursuz olduqlarını və bunun özündə böyük bir xəyal qırıqlığı yaratdığını qeyd edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az