Liviyanın qərbindəki Hamada bölgəsində yerləşən neft boru kəmərində sızma baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sızma nəticəsində yanğın yaranıb.
Liviya Milli Neft Şirkətinin (NOC) yaydığı açıqlamada Hamada bölgəsindəki Şerara Neft Yataklarında baş verən yanğınla bağlı məlumat verilib.
Yanğının boru kəmərindəki sızma səbəbindən baş verdiyi, lakin hadisə nəticəsində hər hansı bir itkinin olmadığı qeyd edilib.
Yanğının söndürülməsi və sızmanın dayandırılması üçün bütün müvafiq qurumların əraziyə yönləndirildiyi bildirilib.