ABŞ Müdafiə Naziri Pete Hegsethin ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan savaştan sonra Konqresdə ilk dəfə ifadə verəcəyi iddia edilib.
Manset.az-ın "The Hill" qəzetinə istinadən xəbərinə görə, Hegseth müharibənin ardından 29 aprel tarixində Konqres qarşısında ilk dəfə ifadə verəcək.
Hegsethin Nümayəndələr Palatası Silahlı Xidmətlər Komitəsinin (HASC) qarşısında ifadə verməsi gözlənilir, həmçinin iclasa ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Dan Cainein də qatılacağı nəzərdə tutulur. Lakin mənbələr həmin tarixdə dəyişiklik ola biləcəyini bildirir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 25 martda ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlarla əlaqədar Konqres üzvlərinə brifinq vermişdi.
Bununla yanaşı Nümayəndələr Palatası Silahlı Xidmətlər Komitəsinin Demokrat üzvləri, 27 martda komitəyə rəhbərlik edən Respublikadan olan Nümayəndə Mike Rogersə Pentaqon nümayəndələrinin qatılacağı açıq bir iclasın keçirilməsi çağırışı etmişdilər.