Türkiyənin paytaxtı Ankarada iki avtomobil ağır qəza törədib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib.
Karapürçəkdən Pursaklara gedən və sürücüsünün kimliyi müəyyən edilməyən avtomobil əks istiqamətdən gələn avtomobillə səhər saatlarında toqquşub.
Avtomobillərdə başlayan yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qəza səbəbilə bir müddət bağlanan yol işçi qruplarının əməliyyatları başa çatdıqdan sonra yenidən açılıb.