"İran atəşkəs istədi, düşünəcəyik" - Trampdan AÇIQLAMA

17:12 - 01 Aprel 2026

\"İran atəşkəs istədi, düşünəcəyik\" - Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda İranın atəşkəs istədiyini iddia edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, "Hörmüz Boğazı açıq, azad və təmiz olduqda bunu qiymətləndirəcəyik" - deyə bildirib.

ABŞ Prezidenti Donald Trump, Truth Social sosial media platformasında etdiyi paylaşımda, "İranın yeni rejim başçısı əvvəlki rəhbərlərindən çox daha az radikal və daha ağıllıdır, ABŞ-dən atəşkəs istəyib" - deyə qeyd edib.

Tramp, "Hürmüz Boğazı açıq, azad və təmiz olduqda bunu qiymətləndirəcəyik. O vaxta qədər İranı məhv etməyə və ya deyim yerindəsə, onu Daş Dövrünə geri göndərməyə davam edəcəyik" - mesajını yayımlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az