Sarkisyanın partiyası seçkilərdə iştirak etməyəcək

21:31 - 01 Aprel 2026

Sarkisyanın partiyası seçkilərdə iştirak etməyəcək

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcək.


Manset.az Ermənistan mediasina istinadən xəbər verir ki, bu qərar aprelin 1-də Respublika Partiyasının icraedici orqanının iclasında qəbul edilib.

Qeyd olunub ki, qərar hərtərəfli təhlilin yekunlarına əsasən qəbul edilib. Qərarın əsaslandırılması, eləcə də partiyanın gələcək addımları aprelin 4-də keçiriləcək partiyanın 18-ci qurultayında təqdim olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az