İran hava müdafiə sistemləri tərəfindən vurulan və qırıntı görüntüləri yayımlanan "F-15E" döyüş təyyarəsinin pilotunun ələ keçirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, pilotun əsir götürüldüyü iddia edilərək yaxın günlərdə mövzu ilə bağlı daha ətraflı məlumat veriləcəyi bildirilib. Bu inkişaflardan sonra ABŞ-nin İranın daxilində xilasetmə əməliyyatı apardığına dair görüntülər yayımlanıb.
İran mətbuatında yer alan xəbərlərə görə, İnqilab Keşikçiləri ölkənin qərbində ABŞ-yə aid "F-15E" təyyarəsini vurub. Vurulan Amerikanın döyüş təyyarəsinin pilotunun saxlanıldığı açıqlanıb.