İranla başlanan müharibəyə etiraz əlaməti olaraq vəzifəsindən ayrılan ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq direktoru Co Kent ölkəsinin NATO-dan çıxması ilə bağlı müzakirələr barədə diqqətçəkən iddia irəli sürüb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Kent iddia edib ki, ABŞ-nin alyansdan uzaqlaşmaq istəyi əslində mümkün Türkiyə–İsrail gərginliyi fonunda İsrailin tərəfini tutmaq niyyəti ilə bağlıdır.
Onun sözlərinə görə, mümkün ayrılığın əsas səbəbi xarici müdaxilələri dayandırmaq deyil, Suriya ərazisində baş verə biləcək Türkiyə–İsrail qarşıdurmasında İsrailin mövqeyini dəstəkləməkdir.
Donald Tramp isə özünə məxsus "Truth Social" platformasında NATO-nu tənqid edərək bildirib ki, alyans ABŞ-nin ehtiyac duyduğu vaxtlarda ona lazımi dəstəyi göstərmir. O, həmçinin Qrenlandiya məsələsinə toxunaraq NATO-nu pis idarə olunan qurum kimi səciyyələndirib.