logo
logo logo
logo

Rumıniyanın Baş naziri Tomak istefa verib 

13:18 - 14 İyun 2026

Rumıniyanın Baş naziri Tomak istefa verib 

Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib.


Manset.az "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib.

Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən də Rışnov meri, dairə şurasının sədri olub, həmçinin ölkəyə əhəmiyyətli Avropa investisiyaları cəlb etməklə inkişaf naziri postunda uğurlu iş aparıb.

"O, inkişafda maraqlı olan insandır, inamlı Qərb tərəfdarı, yüksək mənəvi dəyərlərə malik və dialoqa hazır olan şəxsdir və nəhayət, o, uzun müddət büdcələrlə işləyən və onların idarə olunmasına cavabdehlik daşıyan bir insandır. Buna görə də əminəm ki, o, bu vəzifənin öhdəsindən uğurla gələcək", – Rumıniya Prezidenti bildirib.

Eyni zamanda Dan Tomaka işinə nümayiş etdirdiyi sadiqliyə və məsuliyyətə görə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az