Xorvatiyanın Split şəhəri yaxınlığında yerləşən Solta və Brac adaları arasında sərnişin gəmisi ilə yelkənli qayıq toqquşub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Məlumata görə, hadisə zamanı 118 sərnişin və 7 heyət üzvü ilə hərəkət edən yerli şirkətə məxsus sərnişin gəmisi Çexiya vətəndaşı olan 8 nəfərin olduğu Fransa bayrağı altında üzən yelkənli qayıqla toqquşub.