Rusiyanın Utair aviaşirkətinə məxsus təyyarədə sərnişin uçuş zamanı səhvən təyyarənin qapısını açmağa çalışıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Moskvadan Naxçıvana uçan təyyarədə baş verib.
Belə ki, təyyarə Xəzər dənizi üzərindən uçarkən tualet axtaran bir qadın qapını dartmağa başlayıb. Onun bu hərəkəti həyəcan siqnalının işə düşməsinə səbəb olub.
Operativ müdaxilə ilə siqnal kəsilib və salonda hər hansı təzyiq itkisi baş verməyib.