logo
logo logo
logo

"Tehran bunu etiraf edib" - Tramp nüvə silahı ilə bağlı danışdı

11:53 - 16 İyun 2026

\"Tehran bunu etiraf edib\" - Tramp nüvə silahı ilə bağlı danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla əldə edilən razılaşmaya əsasən, Tehran rejimi "heç vaxt nüvə silahına sahib olmamağa razılaşıb".



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.


Tramp qeyd edib ki, ABŞ - İran razılaşmasına əsasən, Tehran administrasiyası "heç vaxt nüvə silahına sahib olmayacağına razılaşıb" və əlavə edib: "Həmçinin, ABŞ-nin İrana 300 milyon dollar ödəməsi xəbəri Demokratlar tərəfindən uydurulmuş saxta xəbərdir".


Fransada keçiriləcək G7 sammitində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə gələn Tramp, Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə İranın nüvə silahına sahib olmamaq barədə razılığa gəldiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az