Çinin şimal-qərbində yerləşən Sindao əyalətində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar bölgənin bir sıra yaşayış məntəqələrində hiss olunub. Zəlzələnin nəticələri, eləcə də mümkün insan tələfatı və dağıntılar barədə hələlik rəsmi açıqlama verilməyib.