Konqo Demokratik Respublikasında yanlış məlumatlar kölgəsində yayılan Ebola epidemiyası ilə mübarizədə ardıcıl sağalma halları mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, müalicə mərkəzlərindən gələn müsbət xəbərlər əhali arasında səhiyyə xidmətlərinə inamın artmasına səbəb olub.
Ölkənin şimal-şərqində yerləşən İturi əyalətində qeydə alınan Ebola ocağında ölüm hallarının sayı artsa da, sağalan xəstələrin sayı da diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, epidemiyanın tam nəzarət altına alınması üçün xəstələrlə təmasda olmuş şəxslərin müəyyənləşdirilməsi və izlənilməsi həlledici əhəmiyyət daşıyır.
Bölgədə yanlış məlumatların yayılması və xurafi inanclar səbəbindən səhiyyə işçilərinə qarşı zorakılıq halları da qeydə alınıb. Bununla belə, müalicə alan xəstələrin sağalması yerli əhali arasında tibbi yardıma etimadı gücləndirməyə başlayıb.