logo
logo logo
logo

13 trilyon dollarlıq "dərs" təkrarlana bilər?

19:43 - 16 İyun 2026

13 trilyon dollarlıq \"dərs\" təkrarlana bilər?

G7 sammiti ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva dünya ölkələrinə birgə müraciət yayıblar.

Manset.az xəbər verir ki, onlar bildiriblər ki, COVID-19-dan çıxarılan dərslər unudulmamalı və növbəti pandemiyaya qarşı qlobal hazırlıq artırılmalıdır.

Tedros Adhanom Qebreyesus və Luiz İnasio Lula da Silva pandemiyaya səbəb ola biləcək patogenlər barədə məlumat mübadiləsinin, eləcə də peyvənd, test və müalicələrə bərabər çıxışın təmin edilməsinin vacibliyini vurğulayıblar:

"COVID-19 dünya iqtisadiyyatına 13 trilyon dollardan çox ziyan vurub, lakin erkən xəbərdarlıq sistemlərinə yatırımlar hələ də kifayət deyil. Ebola və hantavirus kimi yoluxucu xəstəliklərin yayılma riskinin arta bilər. Araşdırmalar göstərir ki, COVID-19 dövründə inkişaf etməkdə olan ölkələr peyvənd və müalicə vasitələrinə çıxış baxımından ciddi çətinliklərlə üzləşiblər. Bir çox dövlətlər vaksinləri aylarla gec əldə edib, bu isə xəstəliyin yayılmasının qarşısının alınmasını çətinləşdirib. Hazırda həmin ölkələr oxşar ssenarinin gələcək pandemiyalar zamanı təkrarlanacağından ehtiyat edirlər".

ÜST və Braziliya rəhbərliyi hesab edir ki, pandemiyaların qarşısını almaq və ya onların təsirini minimuma endirmək üçün beynəlxalq əməkdaşlıq gücləndirilməli, səhiyyə təhlükəsizliyi qlobal prioritetlər sırasında daha yüksək yer tutmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az