logo
logo logo
logo

Putin-Zelenski görüşü barədə rəsmi açıqlama

21:36 - 16 İyun 2026

Putin-Zelenski görüşü barədə rəsmi açıqlama

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Kreml ABŞ-da Vladimir Putin və Vladimir Zelenskinin iştirakı ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb. Musavat.com bu barədə TASS-a istinadən bildirir.


Manset.az xəbər verir ki, Uşakov Kazanda keçiriləcək Rusiya-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) yubiley sammitini və Rusiya liderinin iş qrafikini müzakirə etdiklərini söyləyib.

Bildirilib ki, iyunun 14-də baş tutan telefon danışığı zamanı Putin və Tramp ABŞ-da Vladimir Zelenski ilə görüşün təşkili imkanını müzakirə etməyiblər: “Xeyr, belə bir imkan müzakirə olunmayıb”.

Onun sözlərinə görə, Rusiya Ağ Evdən Putin və Zelenskinin də daxil olacağı görüşün təşkili ilə bağlı heç bir təklif almayıb: "Hələ ki, heç kim bizə belə təkliflərlə müraciət etməyib”.

Qeyd edək ki, Rusiya prezidenti bu həftə Kazanda keçiriləcək Rusiya–ASEAN sammitində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Kazanda baş tutacaq yubiley sammitinə Cənub-Şərqi Asiyanın aparıcı ölkələrinin liderlərinin də qatılması gözlənilir.

Sammit çərçivəsində Rusiya prezidentinin çoxsaylı ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az