İran Silahlı Qüvvələri Livandakı atəşkəs rejimini pozmağa son qoymayacağı təqdirdə İsrailə sərt cavab veriləcəyi ilə hədələyib.
Manset.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
"Xəbərdarlıq edirik: əgər İsrail ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri tərəfindən sərt bir cavabla qarşılaşacağını gözləməlidir", - deyə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının bəyanatında bildirilir.
Onların məlumatına görə, son iki gün ərzində İsrail ordusu Livandakı atəşkəs rejimini artıq 84 dəfə pozub.