Ukrayna Ordusuna məxsus “Su-24M” tipli bombardman təyyarəsi tapşırıq icrası zamanı qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 pilot həlak olub.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sosial media hesabında yayılan məlumatda bildirilir ki, yerli vaxtla saat 19:00 radələrində ölkənin Xmelnitski vilayətində qəza baş verib.
Qeyd olunub ki, döyüş tapşırığı yerinə yetirilərkən baş verən qəza zamanı təyyarə yerə çırpılıb. Açıqlamada deyilir: “Axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanları hadisə yerində işlərini davam etdirir. Təyyarənin 2 pilotu həlak olub. İlkin məlumatlara görə, mülki şəxslər arasında ölüm halları qeydə alınmayıb. Qəzanın səbəbləri və başvermə şəraiti araşdırılır”.