logo
logo logo
logo

Razılaşmadan sonra İran iqtisadiyyatında yenilik

11:46 - 17 İyun 2026

Razılaşmadan sonra İran iqtisadiyyatında yenilik

ABŞ ilə İran arasında müharibəni dayandıran və tərəflər arasındakı problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan razılaşmadan sonra, aylar ərzində ciddi şəkildə dəyər itirən İranın milli valyutası bir həftə ərzində 15 faizdən çox dəyər qazanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasındakı fikir ayrılıqlarının diplomatik yollarla həllini nəzərdə tutan razılaşma İran bazarlarında müsbət təsir göstərməyə başlayıb.

Məlumatlara görə, ötən həftə 180 min tümən səviyyəsində ticarət olunan ABŞ dolları bu gün 152 min tümənə qədər geriləyib.

İran iqtisadiyyatı son aylarda müharibənin yaratdığı xərclər, yüksək inflyasiya və sanksiyaların təzyiqi səbəbindən ciddi çətinliklərlə üzləşmişdi. ABŞ və İsrailin 28 fevralda başladığı hücumlardan sonra mart ayında dollar məzənnəsi 190 min tümən səviyyəsinə qədər yüksələrək tarixi zirvəni görmüş, milli valyuta isə rekord səviyyədə dəyər itirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az