logo
logo logo
logo

Tarixin ən təhlükəli virusu ola bilər - Ebola ilə bağlı xəbərdarlıq

13:57 - 17 İyun 2026

Tarixin ən təhlükəli virusu ola bilər - Ebola ilə bağlı xəbərdarlıq

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Afrika CDC) Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasının indiyədək ən zərərverici səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın rəhbəri xəstəliyə yoluxmuş şəxslərlə təmasda olmuş on minlərlə insanın hələ də izlənə bilmədiyini və vəziyyətin getdikcə daha kritik xarakter aldığını bildirib.


Burundidə Afrika ölkələrinin dövlət başçılarının iştirakı ilə keçirilən onlayn iclasda çıxış edən Afrika CDC-nin baş direktoru Jean Kaseya təhlükənin miqyasını belə ifadə edib: “Əgər qısa müddət ərzində epidemiyanın qarşısını ala bilməsək, Qərbi Afrikada və KDR-in şərqində əvvəlki illərdə yaşadığımız fəlakətlərdən daha ağır mənzərə ilə üzləşəcəyik".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az