Pakistan hökuməti 30 iranlı dənizçinin ölkələrinə təhvil veriləcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ mərkəzli “X” sosial media platformasında etdiyi paylaşımda 30 İran vətəndaşının ölkələrinə qaytarılmasının təmin ediləcəyini bildirib.
İ.Dar paylaşımında qeyd edib ki, həmin şəxslər texnikası sahilə oturan gəmidən Britaniya gəmisi “MMA Valour” tərəfindən dənizdə xilas edilən 8 iranlı balıqçı və yaxın vaxtlarda ABŞ rəsmiləri tərəfindən saxlanılan “Lenore/Davina” gəmisinin 22 iranlı heyət üzvünü əhatə edir.