Rusiya mərkəzli sosial media platforması “Telegram”a Hindistanda imtahan suallarının sızdırıla biləcəyi əsas gətirilərək məhdudiyyət tətbiq olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, 21 iyun tarixində keçiriləcək milli tibb imtahanı öncəsi sualların sızdırılması riski səbəbindən “Telegram”a qarşı tətbiq edilən müvəqqəti məhdudiyyətdən sonra platforma yeni addım atıb.
“Telegram” Yeni Dehli Ali Məhkəməsində qərara etiraz edib.
Məhkəmədə bu gün keçirilən ilkin iclasda məsələnin təcili qaydada araşdırılmasına qərar verilib.