ABŞ Prezidenti Donald Tramp İsveçrədə keçirilən G7 Zirvəsi çərçivəsində İranla əldə olunan razılaşma barədə açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp bildirib ki, İranla imzalanan anlaşma “güclü razılaşmadır” və bu prosesdən sonra qlobal neft bazarında qiymətlər enməyə başlayıb.
“İranla razılaşdıq və neft qiymətləri düşdü. Təklif olunan anlaşmaları bəyənməsəm, onları yenidən vurarıq”, – deyə ABŞ Prezidenti qeyd edib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında çıxış edən Tramp İranla əldə olunan razılaşmanın qlobal iqtisadiyyata təsirlərindən danışıb.
O, həmçinin Hörmüz boğazı və enerji təhlükəsizliyi ilə bağlı sərt mesajlar verərək bildirib: “Bu, bir anlaşma memorandumu xarakteri daşıyır. Bəyənməsəm, bombardmanı davam etdirə bilərəm”.
Tramp əlavə edib ki, razılaşma nəticəsində neft qiymətlərinin enməsi müşahidə olunur və bu sənədin icrası bölgədə enerji axınlarına birbaşa təsir göstərəcək.