logo
logo logo
logo

Fransada məktəblərdə telefon qadağası

16:24 - 17 İyun 2026

Fransada məktəblərdə telefon qadağası

Fransa hökuməti ibtidai və orta məktəblərdə qüvvədə olan mobil telefon istifadəsi qadağasının yeni tədris ilindən etibarən liseylərə də şamil edilməsini planlaşdırır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Təhsil naziri Edouard Geffray bildirib ki, bu qadağa şagirdlər üçün həyati əhəmiyyət daşıyır.

Nazir gənclərin sosial şəbəkələrdən istifadəsi və məktəblərdə intizam qaydaları ilə bağlı məsələləri şərh edib.

Geffray qeyd edib ki, ilin əvvəlindən gündəmdə olan və parlamentin yuxarı və aşağı palataları – Senat və Milli Assambleya arasında müzakirə edilən 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə dair qanun layihəsinin bu yay yekun təsdiqdən keçməsi gözlənilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az