logo
logo logo
logo

Əraqçi ilə Lavrov müzakirələr apardılar

16:51 - 17 İyun 2026

Əraqçi ilə Lavrov müzakirələr apardılar

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Əraqçi Lavrovla söhbətində İran ilə ABŞ arasında əldə olunan ilkin razılaşma barədə məlumat verib. Nazir həmçinin razılaşma memorandumu ilə bağlı detalları rusiyalı həmkarının diqqətinə çatdırıb.

Məlumata əsasən, Əraqçi İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının vacibliyini də vurğulayıb.

Sergey Lavrov isə sənədin tamamlanmasını müsbət qarşıladığını bildirib və Rusiyanın bu mətni tam dəstəklədiyini qeyd edib.

Hər iki tərəf beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını həmin razılaşmanı dəstəkləməyə çağırıb, sülh və sabitliyin təmin olunması üçün diplomatik proseslərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az