ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 Zirvəsinin son günündə səhər keçirilən ilk iclasa 1 saat gecikib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp salona daxil olarkən zarafatla “Rəhbər mənəm” deyərək dünya liderlərinə müraciət edib. Onun bu sözləri zalda gülüşlə qarşılanıb.
Fransa Prezidenti Emmanuel Makron iclası başlayarkən liderlərə Trampın bir azdan qoşulacağını bildirib.
Daha sonra salona daxil olan Tramp jurnalistlərə “İclasa qatılmaq istəyirsiniz? Mənim üçün problem deyil” deyib. İclas bundan sonra qapalı formatda davam etdirilib.