Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD saat 08:56-da episentri Kahramanmaraşın Türkeli rayonunda yerləşən 3,5 bal gücündə zəlzələnin qeydə alındığını bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 6,93 kilometr dərinlikdə olub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.