Meksikanın Yukatan ştatında 6 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Yukatan ştatının El Proqreso şəhərindən 75 kilometr cənub-qərbdə baş verib.
Yeraltı təkanların episentri sahildən açıq dənizdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub, maqnitudası isə 6 bal olaraq müəyyən edilib.
Zəlzələdən sonra insan tələfatı və ya maddi ziyanla bağlı hər hansı rəsmi məlumat yayılmayıb.