logo
logo logo
logo

İranda terror hadisəsi baş verdi - 1 polis öldü

12:01 - 01 İyul 2026

İranda terror hadisəsi baş verdi - 1 polis öldü

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində terror hadisəsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumda polis əməkdaşı silahlı hücum nəticəsində həlak olub.

Məlumata görə, polis əməkdaşı evindən xidmət yerinə gedərkən ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən silahlı qrupun hücumuna məruz qalıb.

Hadisə nəticəsində polis əməkdaşı həyatını itirib.

Qeyd edək ki, ötən gün İranın Kirmanşah ostanının Pave şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı həyata keçirilən silahlı hücum zamanı İnqilab Keşikçiləri Korpusunun iki hərbçisi həlak olmuşdu.

Bundan başqa, ötən gün Sistan-Bəlucistan ostanının Səravan şəhərində ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən terror qruplaşmasının mülki avtomobilə silahlı hücumu nəticəsində daha iki nəfərin öldüyü açıqlanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az