logo
logo logo
logo

Gizli hərbi təlim sənədlərlə təsdiqləndi – Çin və Rusiya gündəmdə

12:05 - 01 İyul 2026

Gizli hərbi təlim sənədlərlə təsdiqləndi – Çin və Rusiya gündəmdə

Rusiya Çinin gizli hərbi təlim keçməsini təsdiqlədi


Manset.az Reuters agentliyinə istinadən xəbər verir ki, iki avropalı rəsmi və Reuters-in təsdiqlədiyi sənədlərə əsasən, ötən il Çinin Rusiya hərbçilərinə gizli hərbi təlim keçməsi Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri tərəfindən şəxsən təsdiqlənib.

Məlumata görə, sözügedən təlimlər Ukrayna müharibəsi ilə bağlı təcrübələrin bölüşdürülməsini əhatə edib. Avropalı rəsmilər bildiriblər ki, bu cür əməkdaşlığın ən yüksək səviyyədə təsdiqlənməsi Moskva ilə Pekin arasında hərbi əlaqələrin strateji əhəmiyyət daşıdığını göstərir.

Qeyd olunur ki, Pekin bu iddiaları rədd etsə də, məlumat Avropa ölkələrində narahatlıq yaradıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az