logo
logo logo
logo

Mark Rütte NATO Zirvəsindən gözləntilərini açıqladı

12:31 - 01 İyul 2026

Mark Rütte NATO Zirvəsindən gözləntilərini açıqladı

NATO-nun Baş katibi Mark Rütte Türkiyənin Alyans daxilində mühüm mövqeyə malik olduğunu bildirib və onu təşkilatın ən güclü ordularından birinə sahib ölkələrdən biri kimi qiymətləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mark Rütte Ankarada iyulun 7-8-də keçiriləcək NATO Zirvəsi ərəfəsində Türkiyənin Alyans üçün əhəmiyyəti ilə bağlı açıqlama verib.

O bildirib ki, Türkiyə NATO üçün son dərəcə vacib ölkədir.

“Türkiyə Alyansın ən güclü ordularından birinə malikdir. Onun Silahlı Qüvvələri yüksək səviyyədə təchiz olunub və peşəkar hazırlığa malikdir. Eyni zamanda ölkənin çox güclü müdafiə sənayesi var. Müdafiə sənayesi istehsalının artırılması hazırda əsas prioritetlərdən biridir. Ankara Zirvəsinin ilk günündə keçiriləcək Müdafiə Sənayesi Forumunda məhz bu məsələyə diqqət yetiriləcək”, – deyə Rütte bildirib.

Baş katib Ankara Zirvəsindən gözləntilərinə də toxunub.

“Ümid edirəm ki, gələcəkdə Ankara Zirvəsinə nəzər salanda insanlar bunun verilmiş öhdəliklərin icraya yönəldiyi zirvə olduğunu deyəcəklər. Haaqada vədlər verildi, Ankara Zirvəsi isə onların həyata keçirildiyi toplantı olmalıdır”, – deyə Mark Rütte vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az