logo
logo logo
logo

Bir telefon zəngi bütün sərvətini apardı - "Məni hipnoz etdilər"

12:32 - 01 İyul 2026

Bir telefon zəngi bütün sərvətini apardı - \"Məni hipnoz etdilər\"

İstanbulda 83 yaşlı Dinçer K.-nı telefonla aldadaraq özünü polis əməkdaşı kimi təqdim edən və ondan 1 758 ədəd "Cümhuriyyət qızılı" alan şübhəlilər saxlanılıb.


Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, zərərçəkən həyat yoldaşı ilə illərlə topladıqları bütün qızılları dələduzlara təhvil verdiyini bildirib.

"Həyat yoldaşımla illərlə yığdığımız hər şeyi apardılar. Sanki məni hipnoz etmişdilər. Kassadan qızılları çıxarıb öz əllərimlə küçədə məni gözləyən şəxsə verdim", – deyə Dinçer K. bildirib.

Onun sözlərinə görə, həm özü, həm də həyat yoldaşı uzun illər bank sektorunda rəhbər vəzifələrdə çalışıb və qızılları 35 ildən artıq müddətdə toplayıblar.

"Mən pul bazarları üzrə mütəxəssisəm. Bütün bunları 35 ildən çox müddətdə toplamışdıq. Hamısını oğurladılar. Şübhəliləri qısa zamanda saxladıqları üçün polis əməkdaşlarına təşəkkür edirəm", – deyə o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az