Yaponiya hökuməti işçi qüvvəsinin getdikcə azalmasının yaratdığı problemlərin aradan qaldırılması məqsədilə 2040-cı ilədək 18 müxtəlif sahədə 10 milyon süni intellekt dəstəkli robotdan istifadə etməyi planlaşdırır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə məlumat yayıb.
Məlumata görə, hökumət süni intellekt dəstəkli robotlarla bağlı yeni inkişaf strategiyasını açıqlayıb. Plana əsasən, robotlardan istehsalat, infrastrukturun texniki xidməti, səhiyyə, yaşlılara və ehtiyacı olan şəxslərə qulluq, fövqəladə hallara operativ müdaxilə, eləcə də müdafiə sahəsi daxil olmaqla ümumilikdə 18 sektorda istifadə ediləcək.
Strategiyada kompüter ekranı ilə məhdudlaşmayan, fiziki mühitdə müxtəlif funksiyaları yerinə yetirə bilən süni intellekt sistemlərinin hazırlanması da nəzərdə tutulur. Bu məqsədlə layihəyə 380 milyard yapon yeni (təxminən 109 milyard türk lirəsi) həcmində vəsait ayrılacaq.
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Akazava Ryosei Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib ki, artıq bir sıra sahələr üzrə məlumatların toplanmasına başlanılıb.
Nazirin sözlərinə görə, həmin məlumatlardan Yaponiyanın robotlar üçün süni intellekt texnologiyalarının hazırlanması sahəsində dünya liderlərindən birinə çevrilməsi məqsədilə istifadə olunacaq.