logo
logo logo
logo

Konqoda Ebola qurbanlarının sayı açıqlandı

15:36 - 19 İyul 2026

Konqoda Ebola qurbanlarının sayı açıqlandı

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı 893 nəfərə çatıb.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, bu göstərici hökumətin son məlumatlarında yer alıb.

Virusa yoluxma hallarının təsdiqlənmiş sayı 2 267-yə çatıb.

Konqo Demokratik Respublikasında epidemiya mayda başlayıb. Hakimiyyət orqanlarının məlumatına görə, söhbət hələlik peyvənd və ya spesifik müalicə üsulu hazırlanmamış Bundibuqiyo ştammından gedir.

Ümumdünya Səhiyyə Təşkilatı hazırkı epidemiyanı ölkə tarixində ən böyük epidemiyalardan biri hesab edir. Həkimlər və hakimiyyət orqanları infeksiyanın yayılmasını izləməyə və onun qarşısını almaq üçün tədbirlər görməyə davam edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az