Almaniyanın iqtisadiyyatı və sənayesi pisləşir, hər ay təxminən 15.000 iş yeri itirilir ki, bu da ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Manset.az "DPA"ya istinadən xəbər verir ki, bunu Almaniya Sənaye İttifaqının (BDI) direktoru Tanya Gyönner bildirib.
"Əminəm ki, əgər biz üzərimizə düşən vəzifələri yerinə yetirsək, yenidən bütün imkanlara sahib olacağıq. İnnovasiyalar artıq uzun müddətdir ki, bir çox şirkətlərin prioritetidir", - deyə o bildirib.
Gyönnerin sözlərinə görə, Almaniya sənayesi süni intellektin inkişafı ilə bağlı yeni texnoloji inqilabın astanasındadır. Bununla yanaşı, sahəyə Çinin artan rəqabəti və ABŞ-ın ticarət siyasəti təzyiq göstərir.
Xatırladaq ki, daha əvvəl Almaniyanın ağır sənaye sahəsindəki işəgötürənlər assosiasiyası Gesamtmetall 2026-cı ildə kütləvi ixtisarların davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.