Radar sistemini söndürən neft tankeri Hörmüz boğazında minaya düşüb.
Manset.az xəbər verir ki, bu barədə Defa Press-ə məlumatlı mənbə bildirib.
"Bir saat əvvəl Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənara çıxan tanker dəniz minasına düşüb", - o qeyd edib.
Bundan əvvəl İranda gəmilərə dəfələrlə xəbərdarlıq edilmişdi ki, Tehranın müəyyən etdiyi Hörmüzdən keçid qaydalarının pozulması təhlükəli nəticələrə səbəb ola bilər.