logo
logo logo
logo

Türkiyə ilə İraq arasında əməkdaşlıq müzakirə edildi

23:17 - 28 İyul 2026

Türkiyə ilə İraq arasında əməkdaşlıq müzakirə edildi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseynlə görüş keçirib.


Manset.az xəbər verir ki, H. Fidan bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, görüşdə enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlıq, eləcə də birgə layihələrin icrası müzakirə olunub.

H. Fidan bildirib ki, Türkiyə və İraq xalqların rifahı və təhlükəsizliyinə töhfə verəcək layihələri həyata keçirməyə davam edir.

Tərəflər görüşdə həmçinin regional və beynəlxalq gündəmdəki son proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

"Qardaş İraqın sabitliyi və təhlükəsizliyini öz sabitliyimiz və təhlükəsizliyimizdən ayrı görmürük. Qarşılıqlı etimada əsaslanan münasibətlərimizi bütün sahələrdə daha da inkişaf etdirməyə davam edəcəyik", – H. Fidan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az