logo
logo logo
logo

ABŞ-də uçuşlar ləğv olundu 

14:26 - 29 İyul 2026

ABŞ-də uçuşlar ləğv olundu 

ABŞ-nin hava yolu şirkəti “American Airlines” texniki sistemlərində yaranan nasazlıq səbəbindən uçuşları qısa müddətə dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin sosial şəbəkədə yaydığı məlumata görə, iyulun 28-i axşam saatlarında sistemlər qısamüddətli texniki nasazlıqdan təsirlənib. Nasazlığın detalları açıqlanmasa da, problemin aradan qaldırıldığı müddətdə uçuşların müvəqqəti dayandırıldığı bildirilib.

Qeyd olunub ki, texniki qrupların operativ müdaxiləsi nəticəsində nasazlıq qısa vaxt ərzində aradan qaldırılıb, sistemlərin fəaliyyəti bərpa olunub və uçuşlar yenidən həyata keçirilməyə başlanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az