Ankarada müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi Etimesqut Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində səhər saatlarında polis əməliyyatı keçirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində Etimesqut Bələdiyyəsinin sədri Erdal Beşikçioğlu da daxil olmaqla ümumilikdə 55 nəfər saxlanılıb. Bildirilir ki, saxlanılan şəxslərlə bağlı prosessual tədbirlər davam etdirilir.
Məlumata görə, istintaq bələdiyyədə keçirilmiş bəzi satınalmalar və bələdiyyənin fəaliyyəti ilə bağlı qanun pozuntusu iddiaları əsasında başlanılıb.
Saxlanılan şəxslər barəsində satınalma prosesinə qanunsuz müdaxilə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət törətmək məqsədilə təşkilat yaratma və həmin təşkilatda iştirak etmə maddələri üzrə araşdırma aparılır.
Əməliyyatla bağlı istintaq davam edir.