Pakistanın Hayber-Paxtunxva əyalətində yerləşən polis məntəqəsinə silahlı hücum həyata keçirilib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, hücum dünən Hayber-Paxtunxva əyalətinin Hanqu rayonundakı polis nəzarət məntəqəsinə həyata keçirilib.
Məlumata əsasən, hücumu Pakistan Talibanı (TTP) qruplaşmasının üzvləri törədib. Hadisə nəticəsində 9 polis əməkdaşı həyatını itirib, daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təhlükəsizlik qüvvələrinin cavab əməliyyatı zamanı 15 silahlı şəxs zərərsizləşdirilib.